26 İyul 2026
Dünya futbolu

“Milan” Zaniolonu transfer edə bilər

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo yenidən İtaliyaya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Milan” klubu oyunçunun xidmətində maraqlıdır. İtaliya mətbuatı yazır ki, əgər komanda cari mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, Zaniolonu heyətinə qatacaq.

23 yaşlı yarımmüdafiəçinin “Qalatasaray”la müqaviləsində 35 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. O, yanvarda “Roma”dan İstanbul təmsilçisinə transfer olunub.

Zanilo Türkiyə çempionatında 7 oyun keçirib və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43