“Çelsi” yayda heyətini gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu komandanın hücum xəttinə yeni futbolçu cəlb etməyi düşünür. “Zadəganlar”ın Sadio Mane ilə maraqlandığı bildirilir.
Artıq seneqallı hücumçu üçün “Bavariya” ilə danışıqlara başlanıb. 31 yaşlı oyunçunun daha öncə Münhen təmsilçisindən ayrılmaq istədiyi iddia edilir.
Manenin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.