06 Oktyabr 2024
Dünya futbolu

“Real”dan qisas almaq şansımız var” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Real” oyunu öncəsi açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu rəqiblərinin çox güclü olduğunu anacaq buna rəğmən turu keçmək istədiklərini bildirib:

“Bizim qisas almaq şansımız olacaq. Fəlsəfəmiz ondan ibarətdir ki, təcrübə nəyisə öyrənməyə imkan verir. Ötən mövsüm 180 dəqiqə əla oynadıq, amma kifayət etmədi. Cavab oyununun son dəqiqələrini heç də yaxşı şəkildə keçirmədik.

Mümkün olanda rəqibinizi bitirməlisiniz. Biz “Real”a hörmət edirik, onlar turnirin kralıdır. Əla formadayıq və heç nədən qorxmuruq. Biz döyüşməyə gəldik və qisas almaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43