Türkiyənin “Adana Demirspor” klubunun baş məşqçisi Montella komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, iki ildir Adana təmsilçisini çalışdıran gənc mütəxəssisə Yunanistandan təklif var.
“NTV Spor” saytı yazır ki, ölkənin böyük klublarından olan “Olimpiakos” Montellanı komandanın başına gətirmək niyyətindədir. Tərəflərin yaxın vaxtda danışıqlara başlayacağı bildirilir.
Montella bu günə qədər “Adana Demirspor”la 71 oyuna çıxıb və 35 qələbə qazanıb.