“Liverpul” “İnter”in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu “Liverpul”un maraq dairəsindədi. Onun İtaliya klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.
Mənbə yazır ki, rəhbərlik Barellanı 60 milyon funt-sterlinq qarşılığında buraxa bilər.
Yarımmüdafiəçi bu mövsüm klubda 46 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.