12 İyul 2026
Dünya futbolu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Cənubi Koreya liqasının 13-cü turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi  “Tecon Xana Sitizen”  səfərdə “Poxan Stilers”lə qarşılaşıb. Görüş ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Anton da matçın iştirakçısı olub. O, görüşə əsas heyətdə başlayıb və 70-ci dəqəqədə əvəzlənib.

 “Tecon Xana Sitizen”  21 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43