11 İyul 2026
Dünya futbolu

“Barsa” braziliyalı hücumçu alır

“Barselona” “Atletiko Paranaense”nin hücumçusu Vitor Rokeni transfer etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 18 yaşlı braziliyalı hücumçu üçün 45 milyon avroluq təklifi nəzərdən keçirir. Aprel ayında Roke Juvenal Ferreyranın atasının “Barselona” rəhbərliyi ilə görüşdüyü bildirilmişdi.

Braziliyalı futbolçunun təzminat məbləği 100 milyon avrodur. Futbolçunun “Atletiko Paranaense” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

18 yaşlı forvard 2023-cü ildə komandasının heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43