18 Yanvar 2025
Ölkə futbolu

AFFA-dan cəza: Azarkeşlər “Qarabağ”ı ziyana saldı

“Qarabağ” klubu “Səbail”ə qarşı Azərbaycan Premyer Liqasının XXXIV tur oyununda VAR sisteminə dəymiş zərəri qarşılayacaq.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Ölkə çempionunun 3:0 hesabı ilə qalib gəldikləri matç bitdikdən sonra “köhlən atlar”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün VAR sisteminin naqilləri yanıb.

“Səbail” klubu qarşılaşmada ictimai təhlükəsizlik düzgün təşkil olunmadığına görə 4000 manat məbləğində cərimələnib.

Ağdam təmsilçisi isə meydana kənar şəxslərin girməsinə görə 1600, fanatların pirotexniki vasitədən istifadəsi ucbatından 800 manat ziyana düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43