05 Oktyabr 2024
Dünya futbolu

“Bu mövsüm nəsə qazanacağımıza ümid edirdim” – Ronaldo

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2022-23 mövsümü barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda cari mövsüm çempionatı ikinci pillədə tamamlayıb. Ölkə kubokunu da qazana bilməyən “Əl Nəsr” mövsümü titulsuz başa vurub.

Komandanın aparıcısı üzvü Ronaldo mövsüm belə şərh edib:

“Hər şey həmişə istədiyimiz, xəyal etdiyimiz kimi getmir. Bəzən məqsədlərimizə çatmaq üçün səbrli, sabit və israrlı olmalıyıq. Nəticə əldə etmək üçün vaxt lazımdır, amma inansaq, hər şey mümkündür. Bu mövsüm nəsə qazanacağımıza ümid edirdim, amma alınmadı. Mən həqiqətən pozitivəm və inanıram ki, hər şey dəyişəcək və daha yaxşı istiqamətə gedəcək. Gəlin buna inanaq və bunun üzərində işləyək”.

38 yaşlı futbolçu bu mövsüm “Əl Nəsr”in heyətində 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43