05 Oktyabr 2024
Dünya futbolu

Polşalı “Yuventus”la müqavilə uzatdı

Voyçex Şensni “Yuventus”la müqavilə uzadılıb.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı qolkiperin Turin klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.  Sözləşmənin daha bir mövsüm uzadılması variantı avtomatik aktivləşdirilib.

Polşalı qolkiper 2017-ci ildən “Yuventus”da çıxış edir. Serie A-da 2022/23 mövsümündə 27 oyuna çıxıb və 26 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43