05 Oktyabr 2024
Dünya futbolu

“Marca” yazdı – Benzema ayrılır?

“Real”ın forvardı Kərim Benzemanın klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

İdmanxeber.az-ın məlumatına görə, İspaniyada “kral klubu”na yaxınlığı ilə bilinən nüfuzlu “Marca” nəşri bu barədə məqalə dərc edib.

Bildirilir ki, fransalı hücumçunun komandadan ayrılmaq niyyəti yoxdur. Benzemanın bu iddiaları təkzib etdiyi qeyd edilir. 

Daha öncə Səudiyyə Ərəbistanı klubu “Əl İttihad”ın 35 yaşlı oyunçunu transfer etmək istədiyi söylənirdi. Ancaq mənbə yazır ki, sözügedən tərəf Benzemaya yalnız şifahi bir təklif göndərib.

Tərəflər arasında rəsmi heç bir danışıq olmayıb. Xəbərdə fransalı hücumçunun “Real”da daha bir mövsüm keçirəcəyi də vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43