“Milan”ın hücumçusu Zlatan İbrahimoviç gələcək karyerası barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvard İtaliyanın “Montsa” klubunun maraq dairəsindədi. O, A Seriyası təmsilçisindən təklif aldığını da bildirib:
“Montsa”dan mənə dedilər ki, müqavilə hazırdır. Amma mən “Milan”ın oyunçusuyam və bununla fəxr edirəm. Mövsümün sonunda təqaüdə çıxacağımı düşünmürəm”
Daha əvvəl “Montsa”nın 41 yaşlı isveçlini azad agent kimi transfer etmək istədiyi bildirilirdi.
Bu mövsüm İbrahimoviç dörd oyun keçirib və bir qol vurub.