Türkiyə Super Liqasının 37-ci turunda “Qalatasaray”la “Fənərbağça” üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, NEF stadionunda keçiriləcək qarşılaşma iyunun 4-də saat 20:00-da başlayacaq. Derbi görüşünə hakim təyinatları açıqlanıb.
Qarşılaşmanı Abdulkadir Bitigen idarə edəcək. Ona Mustafa Savranlar və Süleyman Özay kömək göstərəcək.
Dördüncü hakim funksiyasını isə Arda Kardeşlər yerinə yetirəcək.