14 İyul 2026
Dünya futbolu

UEFA Mourinyonu cəzalandıra bilər

UEFA “Roma”nın baş məşqçisi Joze Mourinyo qarşı intizam işi açdığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Sevilya” ilə Avropa Liqasının final matçından sonra baş verənlərdir. Belə ki, portuqlaiyalı mütəxəssis oyunun ardından görüşün baş hakimi Entoni Teylora qarşı təhqir edici ifadalər işlədib. 

Mourinyo məşqçilik karyerasında ilk dəfə avrokubokların finalında məğlub olub. Portuqaliyalı iki dəfə Avropa Liqası/UEFA Kuboku, Çempionlar Liqasını və Konfrans Liqasını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43