“Əl Nəsr”ın hücumçusu Kristiano Ronaldo karyerasını Amerikada davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, “Los Anceles” klubu oyunçunun xidmətində maraqlıdır. Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılacağı təqdirdə, karyerasını Avropada davam etdirmək niyyətində deyil.
38 yaşlı portuqaliyalı hücumçu 2022-ci ilin dekabr ayında “Əl Nəsr”ə keçib. Ronaldonun buradakı maaşı 200 milyon avrodur.
Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
O, bu mövsüm “Əl Nəsr”in heyətində 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

