“İnter” “Real”ın yarımmüdafiəçisi Dani Sebalyosla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya komandasının rəhbərliyi onu azad agent kimi transfer etmək istəyir. İspan futbolçunun “Real”la hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.
Sebalyos 2017-ci ilin yayından Madrid klubunda çıxış edir.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

