Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə müqavilə imzalayıb.
İdmanxeber.az xərici mətbuata istinadən xəbər verir ki, sözləşmə 2025-ci ilə qədər qüvvədə olacaq və daha bir mövsüm uzadılması variantını da özündə saxlayacaq. Fransalı futbolçunun azarkeşlərlə vidalaşaraq yaxın vaxtda yeni klubuna keçəcəyi bildirilir.
35 yaşlı oyunçunun “Əl-İttihad”da illik məvacibi 100 milyon avro olacaq.
Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Ümumilikdə 648 qaymaqlı matçda oynadı, 354 qol vurdu və 165 məhsuldar ötürmə verdi.

