Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rza Çalımbay vəzifəsindən ayrılıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis özü açıqlama verib. O, rəhbərliklə danışdıqdan sonra belə bir qərar aldığını bildirib.
Ayrı-ayrı vaxtlarda ümumən 7 il bu klubda çalışan Çalımbay bu müddətdə 3 dəfə ard-arda avrokuboklara vəsiqə qazanmağlı bacarıb.
Sivas klubu cari mövsüm Super Liqanı 41 xalla 13-cü pillədə tamamlayıb.

