“Bavariya” Konrad Laymeri transfer etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Avstriya millisinin 26 yaşlı yarımmüdafiəçisi “Leypsiq”lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Münhen klubuna keçib.
Almaniya çempionu Laymerlə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
O, “Leypsiq”də 190 oyuna çıxıb, 15 qol vurub və iki dəfə Almaniya kubokunu qazanıb.