06 İyul 2026
Dünya futbolu

“Messi qələbə təzyiqi yox, xoşbəxtlik axtarır”

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero ESPN nəşrinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Lionel Messinin Amerika klubu “İnter Mayami”yə keçməsinə də münasibət bildirib:

“Hər kəs Leonun ora getməsinə təəccübləndi. Çünki “Barselona”ya dönəcəyi barədə çox danışılırdı, amma Messinin qərarı belə oldu. Çünki o, qələbə təzyiqi yox, xoşbəxtlik axtarır. Orada əylənəcək, yaxşı vaxt keçirəcək. Bilmirəm, o, hər matçda qalib gələ bilərmi. Hər halda, daha rahat oynayanda işlər yaxşılaşır.

Bu yaxınlarda danışdıq, ona MLS cədvəlini göndərdim. Dedim ki, “qulaq as, sənin komandan geridədir, pley-offa çıxmaq üçün onu 9-8-ci yerə aparsan yaxşı olar”.

O, sadəcə güldü. Başqa nə edə bilərdi? O da mənimlə bərabər gülərək “biz pley-offa çıxmalıyıq” dedi. Özünə qayğı göstərdiyini nəzərə alsaq, bəlkə də bunu bacara bilər.

Təbii ki, o, son dünya çempionatı səviyyəsində oynamayacaq, amma yenə də bu Messidir. O, cərimə zərbələrini vurmağa qadirdir”.

Xatırladaq ki, Mayami təmsilçisi Şərq konfransında sonuncu yerdədir və 9-cu pillədən 7 xal geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43