“Çelsi”nin müdafiəçisi Kalidu Kulibali Səudiyyə Ərəbistanında oynaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, hansı klubun konkret oyunçu ilə maraqlandığı bəlli deyil. Ancaq seneqallı futbolçu ərəblərdən təklif alıb.
Kalidu A Seriyasının da bir neçə klubunun maraq dairəsindədi. Ancaq İtaliyada yüksək maaş təklifi olmadığından Kulibalının ora keçidi çətin görünür.
31 yaşlı futbolçu hazırda “Çelsi”də həftəsinə 340 min avro alır.
O, ötən mövsüm Premyer Liqada 23 oyunda 2 qol vurub. Onun transfer qiyməti 25 milyon avrodur.

