Erlinq Haaland “Mançester Siti” azarkeşləri tərəfindən 2022/23 mövsümünün ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, norveçli oyunçu “şəhərlilər”dəki ilk mövsümündə bütün yarışlarda 52 qol vurub. Bu da “top5 ” liqalarda rekord götəricidir.
Hücumçu eyni zamanda Premyer Liqa və Çempionlar Liqasının bombardiri olub.
Səsvermədə ikinci yeri Kevin de Bruyne tutub. Üçüncü yerə isə azarkeşlər Natan Akeni layiq görüblər.

