“Xəzər Bakı” klubunda mövsümün yekunları ilə bağlı tədbir keçirilib.
İdmanxeber.az xəbər verir ki, tədbir klubun prezidenti Novruz Mehdizadənin açılış sözləri ilə başlayıb. O, futbolçuların qazandıqları uğurları yüksək qiymətləndirib, komandaların üzvlərinə gələcək mövsümdə uğurlar arzulayıb.
Daha sonra U-9 komandamızın baş məşqçisi Cəlal Həsənli və U-11 komandamızın baş məşqçisi Seyran Əbilov cari mövsümdə əldə olunan nailiyyətlər barədə danışıb.
Tədbirin sonunda 2022/2023 mövsümünün yekunlarına əsasən fərqlənən futbolçulara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.












