“Real Madrid”in yarımmüdafiəçisi Toni Kroos Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi iddialı ərəb futbolu layihəsinə qoşulmaq təklifi alıb. Bildirilir ki, səudiyyəlilər almaniyalıya 3 illik böyük məbləğli maaşla müqavilə təklif etsələr də, futbolçu bundan imtina edib.
Kroos daha əvvəl “Real Madrid”lə müqaviləsini uzadacağını təsdiqləyib. Alman yarımmüdafiəçi 2014-cü ilin yayından Madrid klubunda çıxış edir.
33 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində 50 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

