“Səbail”dən ayrılan müdafiəçi Turan Manafov karyerasını ölkə xaricində davam etdirə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Polşanın “Varta” klubu oyunçunun xidmətində maraqlıdır. Artıq qarşı tərəf oyunçunun meneceri ilə əlaqə saxlayıb.
Manafova “Varta” ilə yanaşı, daha bir neçə kludan təklif var. Bakı klubu ilə yollarını ayıran 24 yaşlı futbolçu yaxın günlərdə karyerası ilə bağlı qərarını verəcək.
Xatırladaq ki, Turan bir müddət əvvəl Yunanıstanın “Olimpiakos” (Volos) klubunda da çıxış edib.

