05 İyul 2026
Kateqoriyasız

Toni Kross ərəblərin təklifini geri çevirdi

“Real Madrid”in yarımmüdafiəçisi Toni Kroos Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi iddialı ərəb futbolu layihəsinə qoşulmaq təklifi alıb. Bildirilir ki, səudiyyəlilər almaniyalıya 3 illik böyük məbləğli maaşla müqavilə təklif etsələr də, futbolçu bundan imtina edib.

Kroos daha əvvəl “Real Madrid”lə müqaviləsini uzadacağını təsdiqləyib. Alman yarımmüdafiəçi 2014-cü ilin yayından Madrid klubunda çıxış edir.

33 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində 50 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43