05 İyul 2026
Dünya futbolu

PSJ prezidenti Mbappeyə görə onu qovur

PSJ-nin prezidenti Nasser Əl Xelafi idman direktoru Luis Kamposu qova bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Kilian Mbappenin klubla sözləşmə yeniləməyəcəyi təqdirdə Kamposla yollarını ayıracaq. Klub prezidenti fransalı hücumçunun ayrılmasının qəti əleyhinədir. 

İyunun 12-də futbolçu müqavilənin 2025-ci ilə qədər uzadılması variantını aktivləşdirməyəcəyini bildirilib

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun qiyməti 180 milyon avrodur. Müqavilə 2024-cü ilə qədərdir və daha bir mövsüm uzadıla bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43