05 İyul 2026
İdman

Gənclər və idman naziri Şuşada basketbol oynayıb

Şuşa 3×3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil olunub.

Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib.

Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin kollektivi qalib gəlib. Gənclər və idman naziri Fərid Qayıbov da qarşılaşmada iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43