“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğandan cavab gözləyir.
İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, almaniyalı oyunçu bu gün açıqlama verməlidir. Onun “şəhərlilər”lə müqaviləsi bu ayın sonunda başa çatır.
Gündoğan ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.

