05 İyul 2026
Ölkə futbolu

Emil Balayev “Səbail”dən getdi – RƏSMİ

“Səbail” klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumata görə, 29 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Azərbaycan millisinin üzvünün “Neftçi”yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2017/2018 mövsümündə “Səbail”in formasını geyinən Emil Balayev 2022-ci ildə yenidən komandaya qayıtmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43