05 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Super Liqa klubunda?

“Zirə”dən ayrılan Coşqun Diniyev karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçuya Türkiyə klubundan təklif var. Super Liqa təmsilçilərindən biri Diniyevin xidmətində maraqlıdır.

Futbolçu da karyerasını ölkə xaricində davam etdirməyə müsbət yanaşır. Ancaq yerli klublarımızın da maraq dairəsində olan yarımmüdafiəçi hələlik yekun qərarını verməyib.

Xatırladaq ki, daha öncə oyunçunun atası Şahin Diniyevin çalışdırdığı “Səbail”ə keçəcəyi bildirilmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43