“Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanına gedib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu “Əl Nəsr” klubu ilə danışıq aparır. Tərəflərin anlaşmağa ayxın olduğu bildirilir.
“Çelsi” ilə 2026-cı ilə qədər müqaviləsi olan Lukaku mövsümü icarə əsasında “İnter”də keçirib. Londonlular hücumçunun satışından ən azı 50 milyon avro almağı planlaşdırır.
Bu mövsüm forvard “İnter”in heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

