“Mançester Yunayted” klubunun satılmasına razılıq verilib.
İdmanxeber.az “Al-Watan” nəşrinə istiandən xəbər verir ki, qətərli iş adamı Şeyx Jassimin kuluba qarşılıq etdiyi 6 milyar funt sterlinqlik təklifi Qleyzer ailəsi tərəfindən qəbul edilib. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi bildirilir.
Komandanın baş məşqçi Erik ten Haq da bu məsələyə bağlı fikirlərini söyləyib. Niderlandlı mütəxəssis “Bu barədə geniş məlumata sahib deyiləm. Ancaq onu bilirəm ki, “Mançester Ynayted” böyük klubdur və uğurlu nəticə üçün yüksək büdcəyə ehtiyac var” – deyə, açıqlama verib.

