Kilian Mbappe “Real”a getmək istəyir.
İdmanxeber.az-ın “Le Parisien”ə istinadən verdiyi məlumata görə, 24 yaşlı hücumçu bu yay Madrid komandasına qoşulmaq istəyir. Fransalı futbolçu Kərim Benzemanın “Real”dan getməsinin yaratdığı fürsətdən yararlanmağı planlaşdırır.
Bildirilir ki, Kilian şəxsi söhbətlərində dəfələrlə bütün karyerasını PSJ-də keçirməyəcəyini bildirib. Benzema gedəndən sonra isə prezident Florentino Peres futbolçu ilə əlaqə saxlayıb.
Mbappe daha əvvəl Paris klubu ilə müqavilənin uzadılmasının müzakirə edilmədiyini demişdi.

