“Qalatasaray” hücumçusu Mustafa Muhammedlə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, misirli oyunçu Fransanın “Nant” klubuna transfer olunub. İstanbul təmsilçisi bu satışdan 5 milyon 750 min avro qazanıb.
O, mövsümü icarə əsasında “Nant”da keçirmişdi. Fransa klubu Muhammedin müqaviləsindəki satın alma maddəsindən yararlanıb.
Xatırladaq ki, komandanın digər hücumçusu Bafetimbi Qomis də klubdan ayrılıb.

