08 İyul 2026
Dünya futbolu

Avropa klubu “Fənər”li oyunçu üçün danışıqlara başladı

“Fənərbağça”nın futbolçusu Arda Güler karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu ilə ən çox maraqlanan klub “Ayaks”dır. Niderland təmsilçisinin artıq “Fənər”lə danışıqlara başladığı vurğulanıb.

Digər tərəfdən “Bavariya”, PSJ və “Borussiya” kimi klublar da Ardanı yaxından izləyirlər. Ancaq adıçəkilən klublardan hər hansı bir təklif yoxdur. 

18 yaşlı futbolçunun sərbəst qalma bədəli 17,5 milyon avrodur. O, ötən mövsüm 35 matçda çıxış edib və 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43