08 İyul 2026
Ölkə futbolu

DƏQİQLƏŞDİ: “Neftçi” – “Fənərbağça” matçı nə vaxt keçiriləcək?

Xəbər verdiyimiz kimi, “Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq yoldaşlıq turnirdə iştirak edəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Matç TV” turnirində “Fənərbağça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya) klubkarı iştirak edəcək.

Qarşılaşmalar Sankt-Peterburqda – “Qazprom Arena” və “Smena” stadionlarında iyulun 1-dən 15-dək keçiriləcək.

Matçların biletlərini “Zenit” klubunun saytından əldə etmək mümkün olacaq.

“Matç TV Kuboku” turnirinin bütün oyunları “Matç TV” və “Matç Premyer” kanallarında canlı yayımlanacaq.

Turnirin təqvimi (Bakı vaxtı ilə)

1 iyul. 20:30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”)
4 iyul. 20:30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”)
8 iyul. 20:30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”)
9 iyul 20:30. “Zenit” – “Fənərbaxça” (“Qazprom Arena”)
12 iyul. 20:30. “Fənərbaxça” – “Srvena Zvezda” (“Smena”)
15 iyul. 15:00. “Neftçi” – “Fənərbaxça” (“Smena”)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43