“Napoli”nin müdafiəçisi Kim Min Je “Bavariya”ya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu futbolçunun transferinə əsas namizəddir. “Bavariya” Kimin İtalya klubu ilə müqaviləsində göstərilən sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Bu seçim yalnız xarici klublar üçün keçərlidir. Təzminat məbləğinin təxmini 50-70 milyon avro təşkil etdiyi bildirilir.
Cənubi koreyalı müdafiəçi ötən mövsüm A Seriyasında 35 oyuna çıxıb.

