08 İyul 2026
Dünya futbolu

KİV: İtaliya klubu Zaniolo ilə anlaşdı

“Qalatasaray”ın italiyalı futbolçusu Nikolo Zaniolo karyerasını ölkəsində davam etdirə bilər.

İdmanxdeber.az “La Repubblica”ya istinadən xəbər verir ki, “Yuventus” oyunçunun xidmətində maraqlıdır. Hətta Turin klubunun Zaniolo ilə razılaşdığı bildirilir.

A Seriyası klubu İtaliya millisinin üzvü üçün İstanbul təmsilçisinə 25 milyon avro təzminat ödəməyə hazırdı. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. 

Xatırladaq ki, oyunçunun müqaviləsində 35 milyon avro qarşılığında sərbəst qalacağı vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43