AFFA İcraiyyə Komitəsinin iclasının ardından I Divizionun qalibi “Araz Naxçıvan”ın növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi təsdiqlənib.
Bununla bağlı Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq. Gənc mütəxəssis idmanxeber.az saytına açıqlamasında bu qərarın özləri üçün olduqca sevindirici olduğunu bildirdi:
“Araz Naxçıvan” adına çox sevincliyik. Uzun illərdən sonra Premyer Liqada iştirakımız təsdiqləndi. Bütün azarkeşlərimizi təerik edirəm. Ümid edirəm ki, uğurlu bir mövsüm keçirəcəyik. Hədəflərimiz eyni olaraq qalacaq. Premyer Liqada çalışacağıq ki, öz dəsti-xəttimizə uyğun qalaq. Daha çox gənc oyunçuların üzə çıxmasına və ilk il üçün elitada möhkəmlənməyə çalışacağıq”.

