“Real” klubu “Espanyol”un oyunçusu Xoselu ilə müqavilə imzaladı.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu satın alma maddəsi ilə 1 illik icarəyə götürülüb. “Kral klubu” ispaniyalı oyuçunu 1,5 milyona almaq hüququ ilə 500 min avroya təzminat ödəyib.
Hücumçunun maaşını azaldacağı bildirilir.
2022/23 mövsümündə Joselu La Liqada 34 oyuna çıxıb, 16 qol vurub və 2 məhsuldar ötürmə edib. O, “Espanyol”un bombardiri oldu və liqada üçüncü yeri tutdu.

