11 İyul 2026
Kateqoriyasız

“Beşiktaş” afrikalı futbolçu gətirir

“Beşiktaş” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Lion”da çıxış edən Toko Ekambini heyətinə qatmaq niyyətindədi. Artıq tərəflər arasında danışıqlar başlayıb.

Baş məşqçi Şenol Güneşin israrla istədiyi oyunçu üçün “Beşiktaş” 2,5 milyon avro təzminat ödəməyə hazırdır.  “Ağ-qaralar” kamerunlu üçün 3 illik sözləşmə təklif edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43