12 İyul 2026
Dünya futbolu

UEFA-dan zəngin klublara şok

UEFA avrokuboklarda iştirak edəcək klubların büdcəsinə limit qoymağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun rəhbərli Aleksander Çeferi açıqlama verib. O bildirib ki, bu mövzüda digər klublar da onunla həmfikirdir:

“Limitsiz qaynağa sahib olan klubların büdcələrinin 5-10 milyarda gedib çıxmasına izin verə bilmərik. Bu zaman rəqabət ortadan qalxar və heç bir maraq qalmaz. Mövzu ilə bağlı danışdığım bütün klublar mənimlə eyni fikirdədir. Ancaq hazırda bununla bağlı hər hansı bir qərar qəbul etməmişik. Sadəcə, düşünürük”.

Xatırladaq ki, “Mançester Siti” və PSJ kimi klublar ərəb iş adamları tərəfindən idarə edilir.Sözügedən komandaıarən büöyk büdcələrə sahibdirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43