“Benfika”nın hücumçusu Qonsalo Ramos karyerasını PSJ-də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris komandası futbolçunun transferi üçün 55 milyon avro ödəməyə hazırdır. Artıq klub nümayəndələri oyunçu ilə danışıq aparıb.
Bildirilir ki, futbolçunun özü də PSJ-yə keçməyə qarşı deyil. Onun “Benfika” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.
2022/23 mövsümündə 22 yaşlı portuqaliyalı “qartallar”ın heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 27 qol vurub və 12 məhsuldar ötürmə edib.

