12 İyul 2026
Dünya futbolu

Klopp rəhbərlikdən onu tələb etdi

“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisi Rayan Qravenberxi heyətinə qatmaq niyyətindədi

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp bu yay 21 yaşlı futbolçunun transfer edilməsini istəyir. Qravenberx “Mançester Yunayted”in də maraq dairəsindədi.

Niderlandlı futbolçu 2022-ci ilin yayında “Ayaks”dan “Bavariya”ya keçib. O, klubda bütün yarışlarda 33 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Nüfuzlu “Transfermarkt” portalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43