Luis Enreki PSJ-nin baş məşqçi olarsa, Neymar komandada qalacaq.
İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis braziliyalının ayrılmasını istəmir. Neymar daha əvvəl “Barselona”da Enrikenin rəhbərliyi altında çıxış edib.
Enrikenin PSJ-də uzunmüddətli layihə qurmaq niyyətində olduğu bildirilir.
Baş məşqçinin son iş yeri ötən ilin dekabrında tərk etdiyi İspaniya millisi olub. 52 yaşlı mütəxəssis buna qədər “Barselona”, “Selta” və “Roma”ya rəhbərlik edib.

