12 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” futbolçusu ilə müqavilə uzatdı

“Sumqayıt” klubu futbolçusu Murad Xaçayevlə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Murad Xaçayev 2018-ci ildən “Sumqayıt”da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43