12 İyul 2026
Dünya futbolu

Enrike gəlirsə, Neymar getmir

Luis Enreki PSJ-nin baş məşqçi olarsa, Neymar komandada qalacaq.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis braziliyalının ayrılmasını istəmir. Neymar daha əvvəl “Barselona”da Enrikenin rəhbərliyi altında çıxış edib.

Enrikenin PSJ-də uzunmüddətli layihə qurmaq niyyətində olduğu bildirilir.

Baş məşqçinin son iş yeri ötən ilin dekabrında tərk etdiyi İspaniya millisi olub. 52 yaşlı mütəxəssis buna qədər “Barselona”, “Selta” və “Roma”ya rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43