“Marsel” Kristof Qaltyeni baş məşqçi təyin etməyi düşünür.
İdmanxeber.az-ın məlumatına görə, fransalı mütəxəssisin namizədliyi klub rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçirilir. Bununla belə, 56 yaşlı çalışdırıcının hələ də PSJ ilə müqaviləsi davam edir.
İyunun 6-da mətbuatda Qaltyenin PSJ-nin baş məşqçisi vəzifəsindən qovulması barədə məlumat yayılmışdı. O, 2022-ci ilin yayından klubdadır, müqaviləsi 2024-cü ilə qədərdir.
Onun rəhbərliyi altında parislilər Liqa 1-i və Fransa Superkubokunu qazansalar da, “Bavariya”ya uduzaraq (0:1; 0:2) Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıblar.

