“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos Madrid klubunda qalacaq.
İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano bildirib. O bildirib ki, yaxın günlərdə 26 yaşlı oyunçu klubla 2027-ci ilə qədər yeni müqavilə imzalayacaq.
Sebalyos ötən mövsüm 46 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.